Prezident: "Bu, onun layiqli yeridir"
"Ukraynanın layiqli yeri NATO-dur".
Atnın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi gündəlik müraciətində deyib.
Bu gün Ukrayna lideri Avro-Atlantik inteqrasiya, Ukrayna və Alyansın potensiallarının birləşdirilməsinin qaçılmazlığı ilə bağlı görüş keçirib.
“Aydındır ki, Ukraynanın yeri NATO-dadır, bu, onun layiqli yeridir. Mən istəmirəm ki, bu günə qədər bizim Alyansa daxil olmağımıza mane olan köhnəlmiş illüziyalar indi də Ukraynadan və tərəfdaşlardan vaxt almağa davam etsin”, - deyə Zelenski bildirib.