Zelenski: “Hərbi əməliyyatları dayandırmaq vaxtı çatıb”

Dünya

15.11.2022 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

“Kiyev “Minsk-3” kimi sazişlərin imzalanmasına razı olmayacaq”

“Hərbi əməliyyatları dayandırmaq vaxtı çatıb, amma Kiyev Minsk-3 sazişi imzalamayacaq”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski G20 Sammitində videoəlaqə vasitəsilə çıxışında deyib.

Ukrayna Prezidenti qeyd edib ki, Kiyev “Minsk-3” kimi sazişlərin imzalanmasına razı olmayacaq.

“Bizim 10 bənddən ibarət öz sülh planımız var. Onlara nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, saxlanılan şəxslərin “hamını hamıya” prinsipinə əsasən dəyişdirilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası daxildir”, - deyə Zelenski vurğulayıb.

“Biz Avroatlantik məkanda təhlükəsizlik arxitekturasının əsas elementlərini, o cümlədən Ukrayna üçün təminatları birləşdirmək üçün Kiyev Beynəlxalq Təhlükəsizlik Konfransını keçirməliyik”, - deyə Ukrayna lideri əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş