Zelenski: “Amerikanın diqqəti Ukraynadan daha çox Yaxın Şərqə yönəlib"

Dünya

18.03.2026 - 17:14

"İrandakı müharibənin Ukraynadakı vəziyyətə təsiri ilə bağlı çox pis hisslərim var”

"İrandakı müharibənin Ukraynadakı vəziyyətə təsiri ilə bağlı çox pis hisslərim var. Təəssüf ki, Amerikanın diqqəti Ukraynadan daha çox Yaxın Şərqə yönəlib". AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidentio Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.

Siyasətçinin sözlərinə görə, bu hiss Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda davamlı irəli-geri çəkilmələr səbəbindən yaranıb.

Zelenski qeyd edib ki, “bunun bir səbəbi var: İranla müharibə”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş