Kadri Simson: "Bizim beynəlxalq səviyyədə koordinasiyalı yardımımız vacibdir"
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.
AYNA xəbər verir ki, Aİ komissarı bu barədə "Twitter"də bildirib.
"Bu gün Prezident Zelenski ilə enerji mövzusunda çox önəmli dialoqa görə təşəkkür edirəm. Qarşıdan qış gəlir və bizim beynəlxalq səviyyədə koordinasiyalı yardımımız vacibdir. Maliyyələşdirmə problemin yalnız bir hissəsidir, düzgün avadanlığın tapılması və onun sürətlə çatdırılmasına da ehtiyac var", Aİ komissarı qeyd edib.