Ukrayna Prezidentinin Co Baydenlə görüşü və Konqressdə çıxışı olacaq
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib. AYNA xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində yazıb.
Ukrayna liderinin ABŞ Prezidenti Co Baydenlə görüşü və Konqresdə çıxışı planlaşdırılır.
"Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Xüsusilə, ABŞ Prezidenti Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Mən də Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - deyə Zelenski yazıb.