Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək

Xəbərlər

16.10.2025 - 17:47

Parada hazırlıqla bağlı Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur", - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş