Zaxarova: “Blinken Lavrovla söhbətində Uilan mövzusunu müzakirə etməyib”

Dünya

03.03.2023 - 12:38

cedabet dərman SEO Xidməti

“Dövlət Departamentinin açıqladığı hər şey yalandır”

ABŞ dövlət katibi Antoni Blinken G20 toplantısı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətində amerikalı Pol Uilanın mübadiləsi mövzusunu gündəmə gətirməyib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Mən Sergey Viktoroviçlə Blinkenin dünən Uilan mövzusunu qaldırıb-qaldırmadığını dəqiqləşdirdim. Məlum oldu ki, ABŞ dövlət katibi bu barədə danışmayıb. Dünən Dövlət Departamentinin Blinkenin ABŞ vətəndaşı ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə etməsi ilə bağlı söylədiyi hər şey yalandır”, - Zaxarova vurğulayıb.

Diplomat Amerika administrasiyasının davranışını “inanılmaz” adlandırıb.

Daha əvvəl Zaxarova bildirib ki, Lavrov və Blinken Hindistanda ayaqüstü söhbət ediblər, rəsmi heç bir danışıq aparılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş