Zarat stansiyasında qatarların hərəkəti tam təmin olunub

Xəbərlər

17.07.2024 - 10:12

Yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb

16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) AYNA-ya verilən məlumata görə, ADY-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülmüş, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş