Zaqatalada kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır

Xəbərlər

07.05.2024 - 23:08

Rayon sakinləri quş əti tərkibli qidadan zəhərləndiyi ehtimal olunur

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-ya  bildirilib.

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Müəllif: Ayna.az