Zaporojye AES-də elektrik enerjisi kəsilib

Dünya

12.10.2022 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

“5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib”

Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Twitter"də məlumat paylaşıb.

“Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş