Zalujnının sözləri Qərbdə narahatlıq yaradıb

Dünya

11.12.2023 - 10:51

Həkimlər Klinikalar SEO Xidməti

“Qərb liderləri danışıqların indi prioritet olub-olmadığını öyrənmək üçün hətta Kiyevə zəng vurublar”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının cəbhədəki vəziyyətlə bağlı sözləri Qərb liderlərinin narahatlığına səbəb olub. AYNA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan qərbli məmura istinadən yazıb.

“Zalujnının səmimiyyəti bir çox ukraynalıları heyrətləndirdi və bəzi Qərb liderləri bunun nə demək olduğunu və danışıqların indi prioritet olub-olmadığını öyrənmək üçün hətta Kiyevə zəng vurublar”, – nəşr rəsminin sözlərindən sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna qoşunlarının baş komandanı münaqişənin dalana dirəndiyini bildirmişdi. Zalujnı demişdi ki, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri sıçrayış əldə edə bilməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş