Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Azərbaycan və Türkiyə müdafiə nazirləri Bakıda görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.
Nazirlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.


