Zakir Həsənov Türkiyəyə səfər edib

Xəbərlər

16.08.2021 - 12:08

Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

 

Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

 

 

Müəllif: Ayna.az