Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

Siyasət

10.09.2021 - 21:17

Müdafiə Nazirliyi Zakir Həsənov və Rüstəm Muradovun görüşü barədə məlumat yayıb 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş