Koronavirus çəkilir, səngərə qayıt, əsgər!

Siyasət

02.05.2020 - 10:32

Həkimlər Klinikalar SEO Xidməti

Nikolay Kojanov: “Pandemiyanın qismən sabitləşməsindən sonra Vaşinqton və Tehran ənənəvi oyunlarına geri dönüb”

 

Həm İran, həm də ABŞ-ın COVID-19 pandemiyasından eyni dərəcədə təsirlənməsinə və dünyanın müxtəlif qütblərində yerləşmələrinə baxmayaraq, bu iki dövlət bir-biri ilə çəkişməyi dayandırmır. Bu yaxınlarda İran hərbi katerləri ABŞ-ın İran körfəzindəki hərbi gəmiləri qarşısında "təhlükəli manevrlər" etdi, bundan sonra Donald Tramp “belə təxribatlar təkrarlanarsa, İran qayıqlarına hücum ediləcək” bəyanatını verdi.

 

Mövcud geosiyası qarşıdurmanı AYNA-ya şərh edən rusiyalı araşdırmaçı, iranşünas Nikolay Kojanovun sözlərinə görə, İran-ABŞ münasibətlərində heç bir dəyişiklik yoxdur: "Sadəcə koronavirus səbəbindən onlar bir müddət fasilə elan etdilər və indi vəziyyətin qismən sabitləşməsindən sonra Vaşinqton və Tehran ənənəvi oyunlarına geri dönüb. ABŞ İranı öz qaydaları ilə oynamağa məcbur etmək istəyir, İran isə müqavimət göstərir. Hazırda Tehran və Vaşinqton sakitcə "əvvəlki həyatlarına" qayıdır”.

Найти тег: николай кожанов

Kojanovun sözlərinə görə, indi Tramp Administrasiyası o fikirdədir ki, uzunmüddətli sanksiyalar və koronavirus səbəbindən İran iqtisadiyyatı daha da zəiflədiyi üçün, Tehran “yolayatımlılıq” göstərəcək: “Ancaq yaxın tarixin göstərdiyi kimi, iranlılar qorxaq deyillər. Çətin iqtisadi vəziyyətə baxmayaraq, yaxın gələcəkdə Trampın istəkləri reallaşa bilməz. İran iqtisadiyyatına güclü təsir göstərən neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Trampın arzusu gerçəkləşməyəcək".

 

Bununla belə, ekspert İran iqtisadiyyatının böhran yaşadığını qeyd edib: “İran iqtisadiyyatı atəş içində yanmağa davam edir, amma səbəb təkcə neftin ucuzlaşması deyil. Pandemiyadan əvvəl, sanksiyalar səbəbindən İranın öz neftini satmaq imkanı minimuma endirildi. Mövcud vəziyyətdə koronavirusun yayılmasının təsiri vəziyyəti daha da ağırlaşdırdı. Karantin rejimini zəiflətməklə, iranlılar qısa müddət ərzində iqtisadi fəaliyyətlərini bərpa etməyi planlaşdırırlar”.

 

“Beynəlxalq Valyuta Fondunun İrana 5 milyard dollar kredit verməsi ətrafında söhbətlər gedir. Lakin mən hazırda bunun reallaşacağını güman etmirəm. Bu yardımın taleyi İran-ABŞ münasibətlərinin gələcək dinamikasından və Avropa İttifaqının İran məsələsində ABŞ ilə dialoqundan asılı olacaq. Düşünürəm ki, ABŞ-ın hazırkı rəhbərliyi İrana yardımı minimuma endirmək üçün bütün mexanizmlərdən istifadə edəcək. Tramp, hətta İrana hər hansı bir humanitar yardımın göstərilməsinin də əleyhinədir”, - deyə N.Kojanov vurğulayıb.

Müəllif: Nicat Hacıyev