Məmmədyarovla Mnatsakanyanın növbəti görüşünün yeri və vaxtı bəlli oldu

Siyasət

20.09.2019 - 16:51

Həkimlər Klinikalar SEO Xidməti

Görüş BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutacaq

 

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşü Nyu-Yorkda olacaq. AYNA Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutacaq.

 

Sentyabrın 22-də başlayacaq sessiyanın ikinci günündə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüşəcək. Görüş zamanı münaqişə tərəfləri arasında bir çox məsələlər üzrə fikir mübadiləsinin aparılacağı gözlənilir.

 

Xatırladaq ki, nazirlərin son görüşü bu ilin 20 iyununda Vaşinqtonda baş tutmuşdu.

Müəllif: Ayna.az