Onlara Yunanıstan və ya Kiprə getmələri tövsiyə olunub
Ən azı 100 min israilli Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilmir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Kanalın aviasiya sənayesindəki mənbələrinin bildirdiyinə görə, onlara yerli hava limanlarında İsrailə uçuşlara köçürmək üçün Yunanıstan və ya Kiprə getmələri tövsiyə olunub.
Ölkənin milli aviadaşıyıcısı El Al İsrailə müntəzəm uçuşlar həyata keçirməyə davam edir və ölkə vətəndaşlarının vətənlərinə qayıtmasına kömək etmək üçün cədvəlinə əlavə beş reys əlavə edəcək. İsrail Xarici İşlər Nazirliyi xüsusi onlayn xidmət işə salıb, bu xidmət vasitəsilə insanlar yerlərini bildirə və ölkəyə qayıtmaq üçün əlavə məsləhətlər ala bilərlər.