Yunanıstanda meşə yanğınları nəticəsində azı 18 nəfər həlak olub

Dünya

22.08.2023 - 19:27

cedabet dərman SEO Xidməti

Həlak olanların sayının artacağı istisna edilmir

Yunanıstanda dörd gündür davam edən meşə yanğınları nəticəsində azı 18 nəfər ölüb.

AYNA-nın xəbərinə görə, ölkənin Meriç bölgəsində 18 meyit tapılıb. Məlumata görə, 65 nəfər xəstəxanaya yerləşdirilib.

Həlak olanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, son günlər Yunanıstanda yanğınsöndürənlər 63 meşə yanğını ilə mübarizə aparır. Yanğınların söndürülməsi istiqamətində işlər davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş