Turizm mövsümü iyunun 15-dən başlayacaq
Yunanıstan iyulun 1-dən etibarən beynəlxalq uçuşları bərpa edəcək.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Kriakos Mitsotakis bildirib. Onun sözlərinə görə, turizm mövsümü iyunun 15-dən başlayacaq. İyulun 1-dən isə turistik istiqamətlərdə beynəlxalq uçuşlar başlayacaq.
Yunanıstana daxil olan hər bir turist isə Covid-19 testindən keçməlidir.