Yoluxma nisbəti yüksək olan ölkələrdən gələn turistlərə əvvəlcə ziyarətə icazə verilmir
Bu gündən Yunanıstan adalarına səyahətə daxili qadağa ləğv edildi. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkə həftələrlə davam edən karantin qaydalarını turizm sənayesini dirçəltmək naminə yumşaltmağa qərar verib.
Qeyd edək ki, Yunan hökuməti mart ayında koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər qoyandan bəri daxili turizm də dayanmışdı.
Yunanıstanda 171 koronavirusla əlaqəli ölüm və 2 min 878 təsdiqlənmiş yoluxma faktı var.
Turizm sənayesinin zərər gördüyünü yəqin edən Yunanıstanın Baş Naziri Kyriakos Mitsotakis ölkənin əvvəlcədən planlaşdırıldığından daha əvvəl karantini ləğv etdiyini və iyunun 15-dən etibarən beynəlxalq turizmə açılacağını da söyləmişdi. Yunanıstanın turizm sənayesi ölkənin ÜDM-nin dörddə birini təşkil edən ölkə iqtisadiyyatı üçün çox vacibdir.
Baş Nazir Yunanıstana uçuşların əksəriyyətinin mövsümi otellərin yenidən açılacağı ilə əlaqədar və əcnəbilər üçün iki həftəlik karantinin qüvvəyə minməməsi ilə 1 iyul tarixində bərpa ediləcəyini söyləyib. Şərtə görə, yoluxma nisbəti yüksək olan ölkələrdən gələn turistlərə əvvəlcə ziyarətə icazə verilmir.