Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən uzaqlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.
AYNA xəbər verir ki, o, öz istəyi ilə işdən çıxarılıb. Cəfərovun yeni işə keçməsi ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrıldığı bildirilir.