"Xəstəlik alovlanan ərazidən gələnlər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır"
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var. AYNA Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına əsasən xəbər verir ki, xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb, həkim müşahidələri davam edir.
Qeyd olunub ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".