Yol polisi sürücülərə müraciət edib

Xəbərlər

10.10.2025 - 21:47

“Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir”

“Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. İnsan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti isə hər kəsə məlumdur. Lakin təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq”.

AYNA.AZ xəbər verir ki, bu sözlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində yer alıb.

İdarə qanunvericiliyin tələblərini dair xatırladaraq bildirib:“Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan əvvəl müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dəyərli sürücülər, özümüzün və başqalarının həyatına biganə qalmayaq!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş