Həkimlər Pərviz İsgəndərovun hazırda vəziyyətinin ağır olduğunu deyib
Gəncədə bədbəxt hadisə qeydə alınıb. AYNA APA TV-yə istinadən xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı yenisi ilə əvəz etmək istəyib. Bu zaman yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, həkimlər Pərviz İsgəndərovun hazırda vəziyyətinin ağır olduğunu deyib.
Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır. Ötən gün sosial şəbəkələrdə P.İsgəndərovun hadisə nəticəsində dünyasını dəyişməsi ilə bağlı səhv xəbər yayılmışdı.