Gömrükdə iki şübhəli avtomobil saxlanılıb

Hadisə

18.10.2019 - 11:39

Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21074" və "Volkswagen Passat" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

 

Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 1440 ədəd "EKO201E 60 PCS" yazılan pirotexniki vasitələr aşkarlanıb.

 

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az