Qəza nəticəsində iki nəfər xəsarət alıb
Yevlaxda minik maşını aşaraq kanala düşüb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Aran qəsəbəsi yaxınlığında baş verib.
Minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.