“Yeni Zelandiya AUKUS-un ikinci komponentində potensial olaraq iştirak etmək imkanlarını araşdırır”
Yeni Zelandiya Avstraliya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu AUKUS hərbi ittifaqının ikinci sütununa qoşulmağı düşünür. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yeni Zelandiyanın müdafiə naziri Judit Kollins Sinqapurda keçirilən Şanqri-La forumunda çıxışında deyib.
Qeyd edək ki, AUKUS-un ikinci komponenti qeyri-nüvə silahlarının birgə inkişafını nəzərdə tutur.
“Yeni Zelandiya AUKUS-un ikinci komponentində potensial olaraq iştirak etmək imkanlarını araşdırır. Lakin iştirakla bağlı istənilən qərarı hökumətimiz verəcək”, - deyə Kollinz vurğulayıb.