Mənzil bazarında qiymətlər 2023-ci ilin ikinci rübünə nisbətən 9.2 faiz artıb
2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-ci ilin II rübünə nisbətən 9.2% artıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, cari ilin II rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3%, təkrar mənzil bazarında qiymətlər isə 9.2% artıb.
Belə ki, 2024-cü ilin II rübündə mənzillər əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.3%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb.