Yəmən sahillərində gəmiyə hücum edilib

Dünya

17.02.2024 - 01:27

cedabet dərman SEO Xidməti

İtkilər və gəmiyə dəymiş zərər barədə məlumat verilməyib

Yəmənin Əl-Muxa liman şəhərindən 72 dəniz mili şimal-qərbdə, Qırmızı dənizdə gəmi hücuma məruz qalıb.

AYNA xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Amma itkilər və gəmiyə dəymiş zərər barədə məlumat verilməyib.

“Hadisə ilə bağlı araşdırma aparılır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş