Nazir: “Dövlətin dəstək mexanizmi özəl bağçaları da əhatə edir”
"Dövlət bağçalarının yay ayı ərzində açılması nəzərdə tutulmur. Dövlət müəssisələrində çalışan pedaqoji heyət əməkhaqlarını tam alıb".
AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Özəl sektora gəldikdə, dövlətin dəstək mexanizmi özəl bağçaları da əhatə edir. Yay aylarında isə bağçalar fəaliyyət göstərmir. İyunun ayının 1-dən məktəbəqədər təhsil müəssisələrinin açılması barədə qərar yoxdur”, - Bayramov bildirib.