Yaxınlarının itkin kimi axtardığı Cəmilə Türkiyədə imiş...

Hadisə

07.04.2021 - 21:19

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb 

 

Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.

 

Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş