Pavel hansı ölkələrin bu qədər sursat verə biləcəyini açıqlamayıb
Çexiyanın Avropa İttifaqı hüdudlarından kənarda “tapdığı” Ukraynaya vəd edilən 800 min artilleriya mərmisi yaxın həftələrdə Kiyevə çatdırılacaq. AYNA “Bild”ə istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel deyib.
Çexiya liderinin sözlərinə görə, bu cür çatdırılma müddətləri "hər hansı fundamental problem olmadıqda" mümkündür.
Eyni zamanda, Pavel hələ də hansı ölkələrin bu qədər sursat verə biləcəyini açıqlamayıb.