Yaşar Gülər: "Region üçün təhdid və risklər artır"

Dünya

17.08.2024 - 08:51

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Belə bir vəziyyətdə Türkiyə güclü olmağa məcburdur”

Region üçün təhdid və təhlükələr artır. AYNA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xüsusi Təyinatlı Qoşunların ixtisas kursunun məzun günündə çıxışı zamanı deyib.

O bildirib ki, dünyanın bir sıra bölgələrində ciddi proseslər cərəyan edir: “Belə bir vəziyyətdə Türkiyə güclü olmağa məcburdur”.

Y.Gülər söyləyib ki, Türkiyə beynəlxalq təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir: “Ölkəmiz regiondakı böhranların qarşısının alınması üçün qurulan diplomatiya masalarının əvəzedilməz aktorudur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş