Yasamalda yol tikintisinə maliyyə ayrılıb

Xəbərlər

23.08.2021 - 17:29

Prezident İlham Əliyev Dövlət Agentliyinə 1,6 milyon manat ayırıb

 

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Müəllif: Ayna.az