Yas mərasimi keçirdilər, polis yarımçıq dayandırdı

Cəmiyyət

08.07.2020 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejimi qaydalarının pozulduğu aşkar edilib

 

Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Bununla bağlı AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.

 

Mərasim dayandırılıb və orada olanlardan səkkiz nəfər polis şöbəsinə gətirilərək, karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

 

Onlardan üç nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilib. Həmin beş nəfər cərimə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş