Son yanğınlar sahibkarları necə “yandırıbsa”, sığorta şirkətlərinə elçi düşüblər

Cəmiyyət

18.12.2019 - 10:20

Ekspert: “Belə bir fikir yayılıb ki, ticarət obyektlərini, guya sığorta şirkətləri yandırır, lakin əksinə, şirkətlər belə obyektləri sığortalamaqda maraqlı deyil”

 

Son bir neçə ildə böyük ticarət obyektlərində ard-arda yanğınlar baş verir. Axır günlərdə “EuroHome” və “3-cü mikrorayon bazarı”ndakı yanğınlar problemi yenidən aktuallaşdırıb. Belə ki, yanğınlar nəticəsində yüzlərlə sahibkara külli miqdarda zərər dəyir.

 

Bəs, niyə sahibkarlar əmlaklarını sığortalamırlar? Yaxud son yanğınlardan sonra əmlak sığortasına maraq artıbmı? Yanğınlardan sonra sığorta bazarında qiymətlər bahalaşıbmı? AYNA əməkdaşı bu suallara aydınlıq gətirməyə çalışıb.

Təranə Xudabaxşiyeva