“Yarımçıq qalmış şeir dəftəri” – Şəhid Xaliddin Nəsibova həsr olunmuş kitab təqdim edilib

Cəmiyyət

22.11.2021 - 15:45

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxda Vətən müharibəsi şəhidinin ildönümü ilə bağlı mərasim keçirilib

Qazax rayonunun Qarapapaq kəndində şəhid baş leytenant Xaliddin Nəsibovun şəhidliyinin ildönümü ilə bağlı mərasimi keçirilib. AYNA xəbər verir ki, tədbir mərasim iştirakçılarının yürüşü ilə başlayıb. Yürüş iştirakçıları əllərində üçrəngli Azərbaycan bayraqları tutaraq “Şəhidlər ölməz, Vətən bölünməz” şuarları səsləndirib, şəhidin evindən kənd qəbiristanlığınadək yürüş ediblər. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Sonra şəhidin evində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medalı və “Qızıl qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayılın müəllifi olduğu “Yarımçıq qalmış şeir dəftəri” kitabının təqdimatı keçirilib. Kitab Prezident İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin alınmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Nəsibov Xaliddin Vaqif oğluna həsr olunub.

Qazax Rayoin İcra Hakimiyyətinin  başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək şəhid  Xaliddin Nəsibovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açıb, onun igidliyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. “Yarımçıq qalmış şeir dəftəri” kitabını qələmə alıb çap etdirdiyinə görə müəllifə öz dərin minnətdarlığını bildirib. X.Nəsibovun təltif olunduğu “Xocavəndin alınmasına görə” medalını şəhidin atası Vaqif Nəsibova təqdim edib.

Şair-publisist Elçin İsmayıl mərasimdə çıxış edərək sayca 12-ci olan kitabının Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yazılmasından, şəhidin keçdiyi döyüş və ömür yolunu necə qələmə almasından danışıb.

Qeyd edib ki, şəhid baş leytenant torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərməsi, taqım komandiri kimi həmişə irəli getməsi və döyüş yoldaşlarına nümunə olması onu bu kitabı yazmağa sövq edib. Eyni zamanda, X.Nəsibovun istedadlı bir gənc şair kimi yazdıığı döyüşkən ruhlu şeirləri bir şair-publisist kimi onun diqqətini özünə cəlb etdiyini bildirib. Qeyd edib ki, əgər Xaliddin Nəsibov hərbçi olmasaydı gələcəkdə tanınmış bir şair ola bilərdi. Lakin torpaqlarımız işğal altında olduğu üçün X.Nəsibov qələmi silahla əvəz edib, döyüşlərdə öz sözünü deyib. Bildirib ki, kitabda şəhidin keçdiyi qəhrəmanlıq dolu döyüş yolu ilə yanaşı, onun haqqında ailə üzvlərinin, cəbhə yoldaşlarının xatirələri toplanıb. Qeyd edib ki, kitabdakı albomda oxucular şəhidin gənclik və hərbçi həyatını özündə əks etdirən şəkillərlə tanış ola bilərlər. E.İsmayıl çıxışının sonunda X.Nəsibovun yadigar qalmış şeir dəftərini və müəllifi olduğu kitabı şəhidin atasına təqdim edib.

Sonra Qazax Dövlət Dram Teatrının aktyorları kitabdan bədii hissələr səsləndirib, Xaliddinin yazdığı və Xalidddinə həsr olunmuş şeirləri ifa ediblər.

Mərasimin sonunda şəhidin atası Vaqif Nəsibov çıxış edərək rayon rəhbərliyinə və kitabın müəllifinə göstərdikləri diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Onu da qeyd edək ki, 5 bölmə və 120 səhifədən ibarət olan “Yarımçıq qalmış şeir dəftəri” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

“Yarımçıq qalmış şeir dəftəri” – Şəhid Xaliddin Nəsibova həsr olunmuş kitab təqdim edilib “Yarımçıq qalmış şeir dəftəri” – Şəhid Xaliddin Nəsibova həsr olunmuş kitab təqdim edilib “Yarımçıq qalmış şeir dəftəri” – Şəhid Xaliddin Nəsibova həsr olunmuş kitab təqdim edilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş