Xırdalanın “xırda” dərdi: Bu yol bitməyəcək...

Cəmiyyət

14.12.2019 - 11:00

Bir küçəni nə qədər söküb-tökmək olar axı?

 

Xırdalanda yol çəkilişi üçün vəsait ayrılandan sonra mərkəzi küçədə təmir işləri aparılmışdı. Lakin yenidən yollarda qazıntı işləri başlayıb. Bu baxımdan da nəqliyyat vasitələri və piyadaların hərəkətində növbəti dəfə məhdudiyyətlər meydana çıxıb.

 

Digər tərəfdən, bir neçə ay öncə yol qazılmış və qazılan ərazilərə borular basdırılmışdı. Lakin bu proses yenidən təkrarlanmağa başlayıb ki, bu da Xırdalan sakinlərində bir sıra suallara səbəb olub.

Mərahim Nəsib