Yaponiyanın Baş Naziri rəsmən istefa verdi

Dünya

28.08.2020 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

Abenin mümkün varisi ölkə hökumətinin baş katibi Yoşihide Sugu göstərilir

 

Yaponiyanın Baş Naziri Şinzo Abe istefa verdiyini rəsmi şəkildə elan edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

Abe istefasının səbəbi kimi səhhətindəki problemləri göstərib. Vəzifə borcunu yerinə yetirə bilməməsi üçün kədərləndiyini bildirən Abe xalqından üzr istəyib.

 

Abenin mümkün varisi ölkə hökumətinin baş katibi Yoşihide Sugu göstərilir. Qeyd olunur ki, Yaponiyanın növbəti Baş Naziri Sugu olacaq.

 

Qeyd edək ki, Abe xroniki bağırsaq xəstəliyinin və ülseratif kolitin kəskinləşməsi səbəbindən, o, 2007-ci ildə Baş Nazir postundan istefa vermişdi. 2012-ci ildə Abe yenidən seçkidə qalib gəldi və o zamandan indiyədək Yaponiya hökumətinə başçılıq edirdi. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş