Bölgədə beşballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi yaradılıb
Yaponiyanın cənub-qərbindəki Suvanose adasında vulkan püskürüb. AYNA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, meteoroloqlar vulkanla əlaqədar bölgədə beşballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi yaradıblar. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq olmaz.
Vulkan nəticəsində adada xəsarət alanların olub-olmaması və dağıntılar barədə məlumat verilmir. Hazırda burada təxminən 80 nəfərin yaşadığı deyilir, ancaq kəndin özü vulkandan 4 km uzaqlıqdadır. Sonuncu dəfə burada vulkan püskürməsi 31 martda baş verib.