Yaponiyada fövqəladə vəziyyət rejimi götürülür

Dünya

24.05.2020 - 21:36

Hökumət qərar qəbul edib

 

Yaponiya hökuməti koronavirus səbəbindən tətbiq edilən fövqəladə vəziyyət rejiminin ləğv olunması qərarı verib. AYNA xarici mediaya istinadən bildirir ki, qərar mayın 25-dən qüvvəyə minəcək.

 

Yaponiya bir sıra əyalətlərdə fövqəladə vəziyyəti götürsə də, hazırda paytaxt Tokio da daxil olmaqla, Kanaqava, Saytama, Hokkaydo və Tibada xüsusi rejim qalır. Xəbərdə vurğulanır ki, Yaponiya hökuməti ekspert komissiyasının rəyinə əsasən fövqəladə vəziyyəti aradan qaldırır. Bununla da apreldən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi tamamilə ləğv olunur.

Müəllif: Ayna.az