2025-ci ildə ölkədə 667 min 500 körpə doğulub
Bu il Yaponiyada 127 ilin ən aşağı doğum nisbətinin olacağı gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə yerli "Asahi" qəzeti məlumat yayıb.
Qəzetin hesablamalarına görə, 2025-ci ildə ölkədə 667.500 körpə doğulub. Keçən il Yaponiyada doğum sayı ilk dəfə 700.000-dən aşağı düşüb. Bu, belə statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir.
Yeni doğum nisbəti proqnozu Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun 2025-ci ildə 749.000 doğum proqnozundan xeyli aşağıdır.
Məqalədə qeyd olunub ki, Yaponiyada doğum sayının azalması davam edərsə, bu, əmək qabiliyyətli işçilərin sayının azalmasına və iqtisadiyyatın bir çox sektorunda işçi qüvvəsinin çatışmazlığının sürətlənməsinə səbəb olacaq.