Yaponiya Ukraynaya ölümcül silah tədarükündən imtina edib

Dünya

23.04.2026 - 20:25

"Ölkəmiz hələ Ukraynaya ölümcül və dağıdıcı avadanlıq tədarük etməyib”

Yaponiya Ukraynaya ölümcül silah tədarük etməyi düşünmür. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə Yaponiyanın Moskvadakı səfirliyinin açıqlamasında bildirilib.

Diplomatik nümayəndəlikdən qeyd olunub ki, "ölkəmiz hələ Ukraynaya ölümcül və dağıdıcı avadanlıq tədarük etməyib və hazırda bu cür avadanlıqların təhvil verilməsi imkanını nəzərdən keçirmir".

Səfirlik qeyd edib ki, Yaponiya Ukrayna ilə müdafiə avadanlıqları və texnologiyalarının təhvil verilməsi ilə bağlı müqavilə bağlamayıb. Buna görə də Kiyev alıcı ola bilməz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş