Yaponiya sürücüləri yanacağa qənaət etməyə çağırıb

Dünya

12.04.2026 - 20:07

"Məsələn, eko-sürücülükdən istifadə etsəniz, çoxlu yanacağa qənaət edə bilərsiniz”

Yaponiya hakimiyyəti sakinləri yanacağa qənaət edən sürücülük üsullarından fəal şəkildə istifadə etməyə çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu varədə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava deyib.

"Məsələn, eko-sürücülükdən istifadə etsəniz, çoxlu yanacağa qənaət edə bilərsiniz. Bu, çox faydalıdır", - deyə nazir Yaponiya ictimai televiziyasında keçirilən siyasi debat zamanı bildirib.

Akazava vurğulayıb ki, bunu tələb edən heç bir qanunvericilik və ya tənzimləyici təşəbbüs həyata keçirilməyəcək, lakin Yaponiya hakimiyyəti bu sahədə maarifləndirmə işlərini fəal şəkildə aparacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş