Yanğın törədən şəxs cəzalandırılıb

Xəbərlər

15.10.2025 - 19:12

1 hektar ərazidə quru ot və kol-kos yanıb

Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini F. Rasulov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. F. Rasulov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş