Xocavənddə təlim zamanı xəsarət alan hərbçi xəstəxanada vəfat edib

Xəbərlər

11.07.2024 - 19:14

cedabet dərman SEO Xidməti

Nazirlik Xanlar Əhmədovun təlim zamanı aldğı xəsarətdən ölməsi barədə məlumat yayıb

İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyi Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu silahı ilə ehtiyatsız davranması nəticəsində aldığı xəsarətdən vəfat edib.

AYNA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bir neçə gün öncə 21 yaşlı MAXE Xanlar Əhmədov təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün vəfat edib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş