Xocalıda ağacəkmə aksiyası keçirilib - FOTO

Xəbərlər

27.09.2025 - 23:17

Aksiya çərçivəsində ümumilikdə 200-dən çox çinar, sam, zeytun və badam ağacları əkilib

27 sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə Xocalı rayonunda ağacəkmə aksiyası təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA.AZ-a bildirilib ki, şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiya Xocalı rayonunun Ballıca kəndində baş tutub.

Aksiyada Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Aksiya çərçivəsində ümumilikdə 200-dən çox çinar, sam, zeytun və badam ağacları əkilib.

Xocalıda ağacəkmə aksiyası keçirilib - Xocalıda ağacəkmə aksiyası keçirilib - Xocalıda ağacəkmə aksiyası keçirilib - Xocalıda ağacəkmə aksiyası keçirilib - Xocalıda ağacəkmə aksiyası keçirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş