Xızıda tank mərmisi aşkarlanıb

Xəbərlər

05.04.2022 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub

Nazirlikdən AYNA-ya verilən xəbər görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.

Xızıda tank mərmisi aşkarlanıb Xızıda tank mərmisi aşkarlanıb Xızıda tank mərmisi aşkarlanıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş