Xırdalanda dəmir məhəccərlər oğurlanıb

Xəbərlər

16.01.2026 - 14:55

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z. Həsənzadə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş