Xırdalanda ağır qəza: ölən var - <font color=red> FOTOLAR</font>

Hadisə

13.06.2020 - 21:34

Həkimlər Klinikalar SEO Xidməti

Xırdalanda ölümlə nəticələnən ağır yol qəzası olub

 

Xırdalan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA xəbər verir ki, hadisə nəticəsində 40 yaşlarında olan Səbinə adlı qadın dünyasını dəyişib.

 

Hadisə şahidlərinin dediyinə görə, mərhum oğlunun doğum gününü qeyd etməyə gedərkən, AAAF park yaşayış kompleksinin qarşısında Şaqman markalı ağır yük maşınının zərbəsinə məruz qalıb və aldığı zərbədən hadisə yerindəcə dünyasını dəyişib. 

 

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub və hadisə yerinə ilkin baxış keçirilib. Lakin Təcili Tibbi Yardım xidməti hadisə yerinə gecikdiyi üçün mərhumun cəsədi "QAZEL" markalı avtomibillə xəstəxanaya aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş